Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Öyrən, idarə et, lider ol” mövzusunda keçirilən təlimə yekun vuruldu

22 iyul 2016 | 16:00
22 iyul 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 12 nömrəli orta məktəbdə “Öyrən, idarə et, lider ol” mövzusunda keçirdiyi təlimə yekun vurulmuşdur.
Təlimin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirak etmişlər.
5 günlük təlim proqramı çərçivəsində məktəblilərə ekspertlər tərəfindən ”Uşaq hüquqları: hüquq və vəzifələrimiz, qanunvericiliyimiz”, "Uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı, liderlik və idarəetmə-bacarıq və tələblər”, “Multikulturalizm: milli-mənəvi dəyərlərimiz”, “Yeni təhsil standartları, uşaqlar və internet təhlükəsizliyi”, “Qarabağ həqiqətləri”, “Ətraf mühitin mühafizəsi, sağlam həyat tərzi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaq hüquqları, uşaqların təhlükəsizliyi” və “Vətəni sevək və ona layiq olaq” mövzularında seminarlar keçirilmiş, müzakirələr, qrup işləri aparılmışdır.
Həmçinin təlim zamanı uşaqlara liderlik keyfiyyətləri, lider üçün zəruri olan bacarıqların inkişaf etdirilməsi yolları öyrədilmiş, eyni zamanda uşaq hüquqlarına dair ətraflı məlumat verilmişdir.
Təlim proqramı çərçivəsində uşaqların əyləncəsi üçün Heydər bağı park-bulvarında yerləşən “Akvarium” Əyləncə Mərkəzində hər cür şərait yaradılmışdır.
Sonda məktəblilərə təlimlərdə fəal iştirakına görə sertifikatlar təqdim  olunmuşdur.

Keçidlər