Nizami rayonunda tikinti-abadlıq işləri davam etdirilir
13 avqust 2016 | 16:00
Son illər rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Həyata keçirilən belə tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Rayonda həftəsonu keçirilən iməciliklər zamanı rayonun bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, mövcud yaşıllıqlara qulluq göstərilir.
13 avqust 2016-cı il tarixdə də Rüstəmov küçəsində iməcilik təşkil edilmiş, küçənin sağ və sol ətrafları abadlaşdırılmış, ağaclar budanmış və dibləri bellənmişdir.
Qeyd edək ki, rayonun Q.Qarayev prospektində, R.Rüstəmov, B.Çobanzadə, M.Əliyev, Nəsimi küçələrində təmir-tikinti işləri aparılmış, yollara yeni asfalt-beton örtüyü döşənmiş, küçələrdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənmişdir. Küçələrin işıqlandırılması məqsədilə yolboyu yeni işıq dirəkləri qoyulmuşdur.