Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Nəsimi küçəsinin bir hissəsi təmir edilmişdir

07 sentyabr 2016 | 16:00
Nizami rayonu Nəsimi küçəsinin təqribən 600 metrlik hissəsi, daha dəqiqi Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində təmir işləri aparılıb. Küçənin eni ortalama 13 metrdir.
Təmir işləri çərçivəsində yolun 7850 m2 ərazidə köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1135 p/m yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

 

 

http://www.azeravtoyol.gov.az/

Keçidlər