Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya və erkən nikaha yox deyək’’ adlı tədbir keçirilib

20 oktyabr 2016 | 16:00
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İllik Tədbirlər planına əsasən 20 oktyabr 2016-cı il tarixində Nizami rayonunda yerləşən 250 №-li tam orta məktəbdə  “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya və erkən nikaha yox deyək’’ adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz  İsrafilova bu istiqamətdə rayon ərazisində görülən işlər barədə ətraflı məlumat vermişdir. Çıxışı zamanı natiq  şagirdləri narkomaniya xəstəliyindən uzaq olmağa, onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırmışdır. Gülnaz  İsrafilova  bu kimi halların qarşısının alınmasının yeganə yolunun şagirdlərimizin  daha yaxşı təhsilə yiyələnməsində gördüyünü bildirmişdir. Təhsilin önəmindən bəhs edən natiq bundan sonra da belə tədbirlərin rayon ərazisində daha çox təşkil ediləcəyini qeyd etmişdir.
Tədbirdə çıxış edən  DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi polis polkovniki Adıgözəl Adıgözəlov tədbirin keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açmışdır. Natiq əsas məqsədin gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən bəhs etmişdir.  
Daha sonra, A.Adıgözəlov tədbir iştirakçılarına narkomaniyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniya problemlərinin dünya səviyyəsində aradan qaldırılması yolları, narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan metodlar və bu xəstəliyin cəmiyyətdə yaratdığı əks təsirləri haqqında məlumat vermişdir.
Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi  Asif Kəngərli çıxışı zamanı narkomaniya xəstəliyi, simptomları, narkotik vasitələr, onların insan həyatına və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər, yeni müalicə üsulları və ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik barədə geniş bəhs etmişdir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva çıxışında əsas diqqəti qızların hüquqlarının müdafiəsinə, ölkədəki gender bərabərliyinin təmin olunmasına, erkən nikah və onun törətdiyi acı fəsadlara yönəltmiş və cəmiyyətimizdə qadınların, qızların ailənin, milli-mənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulamışdır. Komitə tərəfindən ölkənin bütün regionlarında aparılan maarifləndirmə tədbirlərindən bəhs  edən natiq sonda belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulamışdır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Xalid Məmmədov "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya və erkən nikaha  yox deyək’’ adlı tədbirin keçirilməsinin əsas məqsədinin şagirdləri narkomaniya barədə məlumatlandırmaq, bu xəstəliyin cəmiyyətdə yaratdığı problemlər haqqında maarifləndirmə işləri aparmaq və gənclərin sağlamlığını ön plana çəkməkdən ibarətdir.
Sonda isə narkomaniya və erkən nikahlarla  bağlı videoçarx nümayiş olunmuş və keçirilmiş diskussiyalarda məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır .

 

Keçidlər