Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur.

08 noyabr 2016 | 16:00
Nizami rayonunda Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
02 noyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 saylı tam orta məktəbdə  ümumtəhsil məktəblərinin şagirdləri arasında  9 noyabr  Dövlət Bayrağı Gününə  həsr olunmuş "Mənim Bayrağım" adlı inşa-yazı və rəsm müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik  hisslərinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği, eyni zamanda istedadlı şagirdlərin inşa-yazı və rəsm sahəsindəki  bacarıqlarını nümayiş etdirmək üçün onlara  şəraitin yaradılmasından ibarətdir.         
06 noyabr 2016-cı il tarixində Nizami rayon ictimaiyyəti Bayraq Gününü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd ediblər.
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı tərəfindən 9 noyabr Bayraq Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və başqaları ölkəmizdə fiziki və əqli qüsuru olan uşaqlara və böyüklərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd ediblər.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq kimi hisslər dayanır. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir.
Sonra internat evinin sakinlərinə hədiyyələr verilib. Maraqlı ədəbi-bədii hissə ilə başa çatan görüş internat evi sakinlərinin böyük sevincinə səbəb olub.
08 noyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin iştirakı ilə "Bayraq  Günü"nə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin, İctimai birliklərin, təhsil müəssisələrinin nümayəndələri və şagirdlər iştirak edib.  
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ilk öncə iştirakçıları salamlayıb və qurur mənbəyimiz, milli-mənəvi dəyərimiz, müstəqilliyimizin və Azərbaycançılığımızın rəmzi olan bayrağımızın rolundan geniş bəhs edib .Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib.
Vurğulanıb ki, Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdırlar.
Tədbir Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

Keçidlər