Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib

27 sentyabr 2023 | 15:39

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Meridian” sarayında 27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib.

Mərasimdə  Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhid ailələri və qaziləri iştirak ediblər.

Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.

Keçidlər