27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
26 sentyabr 2025 | 12:39
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar 26 sentyabr 2025-ci il tarixində Nizami rayonunda Mikayıl Əliyev küçəsi 19/5 ünvanında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə ithaf olunan ağacəkmə aksiyası keçirilib.
Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə ithaf olunan ağacəkmə aksiyasında Bakı şəhərinin torpaq-iqlim şəraitinə uyğun olaraq 110 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.






