Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami rayonunda ehsan süfrəsi təşkil edilib

27 sentyabr 2026 | 15:37

 

27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sapfir” sarayında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə ehsan süfrəsi təşkil edilib.

Mərasimdə  Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov, Milli Məclisin deputatı Könül Nurullayeva, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.

Keçidlər