Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami rayonunda ehsan süfrəsi təşkil edilib

26 sentyabr 2025 | 17:44

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Neolit Sity” sarayında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə ehsan süfrəsi təşkil edilib.

Mərasimdə  Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva, RİHBA-nın əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.

Keçidlər