27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsi yad edilib
27 sentyabr 2025 | 13:52
27 Sentyabr – Anım Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, rayon ictimaiyyəti, qazilər, şəhidlərin ailə üzvləri və yaxınları Keşlə Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad ediblər, məzarları üstünə gül dəstələri düzüblər.






