Şriftin ölçüsü :

Saytın rəngi :

2011-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

25 yanvar 2012 | 16:00

25 yanvar 2012-ci il tarixində 201 №-li məktəbdə Keşlə qəsəbə nümayəndəsinin 2011-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkili Sədaqət Vəliyeva, Keşlə sakinləri və bələdiyyənin üzvləri, iş adamları, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Keşlə qəsəbə nümayəndəsi Qara Qarakişiyev 2011-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsində qeyd etmişdir ki, 2011-ci ilin 01 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Keşlə qəsəbəsində sakinlərlə görüşü zamanı aparılan abadlıq və yenidənqurma işlərinə yüksək qiymət verməsi hamıda böyük ruh yüksəkliyi yaratmışdır. Görüş zamanı dövlət başçısına sakinlərin etdikləri müraciətlər artıq öz həllini tapmaqdadır. Belə ki, Babək prospekti, 2269-cu məhəllədə 640 şagird yerlik müasir məktəb binasının tikintisi bu gün sürətlə davam etdirilir. Bundan əlavə, piyadalar üçün Babək prospektində 2 yeraltı, Heydər Əliyev prospektində isə 1 yerüstü keçidin inşasına başlanılmışdır.
2011-ci il ərzində qəsəbənin əsas və daxili yollarına, səkilərə 52000 m2 asfalt örtüyü döşənmişdir. 309 №-li bağça əsaslı təmir olunaraq uşaqların istifadəsinə verilmişdir.
Qəsəbənin kommunal təsərrüfatı sahəsində xeyli işlər görülmüş, M.Ağayev, M.H.Kazımov, N.Abdullayev, Puşkin küçələrinə ümumilikdə 10000 p/m qaz kəməri çəkilmiş, 3 ədəd transformator məntəqəsi quraşdırılmış, abonentlərin sayğaclarla təminatı başa çatdırılmışdır.
Hesabat yığıncağına yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıqlar vermişdir.
 

Keçidlər