Şriftin ölçüsü :

Saytın rəngi :

Royal Oteldə “Tariximiz-Qan Yaddaşımızdır” devizi altında tədbir keçirilib

07 dekabr 2016 | 16:00
06-07 dekabr tarixlərində Royal hoteldə Nizami Rayon İcra Hakimiyyəti və “Təhsilin İnnovativ İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Tariximiz-qan yaddaşımızdır” devizi altında uşaq və yeniyetmələrə  Azərbaycançılıq  hisslərinin təşviqi layihəsi çərçivəsində tədbir  keçirilib.
Tədbir Royal hotelin konfrans zalında Bakı şəhəri Nizami rayonunun 12, 129, 210 və 229 №-li məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri və ideya müəllifi Nailə İsmayılova göstərilən dəstəyə görə Nizami Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirərək, layihənin məqsədi, mahiyyəti və icrası haqqında iştirakçılara geniş məlumat verib. Natiq tərəfindən qeyd edilib ki, layihə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sinifdənkənar bilgilər verməklə uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsindən bəhs edir. Layihənin əsas məqsədi tariximizi, dövlətçilik ənənələrimizi və müasir Azərbaycan tarixini yeni nəslə daha dərindən öyrətmək və Azərbaycançılıq ideologiyasını geniş təşviq etməkdir.
Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Azərbaycan tarixi haqqında  məlumat verərək qeyd ediblər ki, məktəblilər arasında Azərbaycan tarixi ilə bağlı tədbirlərin keçirilməsi gənclərimiz arasında doğma vətənə məhəbbət hisslərinin aşılanmasına və qədim tariximizin daha da dərindən mənimsənilməsinə xidmət edəcəkdir. Daha sonra, natiqlər tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olan Azərbaycançılıq ideologiyasıdan bəhs edərək vurğulayıblar ki, bu məfkurə  məhz Ulu Öndər Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrilib.
Eyni zamanda, gənclərə Azərbaycan tarixindən bəhs edən bukletlər paylanılıb və müzakirələr zamanı iştirakçıları maraqlandıran  suallar  cavablandırılıb.
Tədbirdən sonra layihənin icra planına uyğun olaraq iştirakçıların Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub.

 

Keçidlər