Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

12 dekabr 2016 | 16:00
Nizami rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
10 dekabr 2016-cı tarixində YAP Nizami rayon təşkilatında Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü  ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstünün önünə əklillər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif  Qasımov Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında, xalqımızın siyasi müqəddəratının müəyyənləşməsində oynadığı tarixi roldan, həmçinin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən söhbət açıblar. Natiqlər həmçinin, Azərbaycançılıq ideologiyasının banisi, Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyət Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanın regionda ən qüdrətli ölkəyə çevrilməsindən bəhs ediblər.
10 dekabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 312 №-li orta məktəbdə də ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, 312 №-li orta məktəbin direktoru Xatirə Hacıyeva böyük şəxsiyyət Heydər Əliyevin ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyduğunu qeyd edərək, müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan danışıblar. Qeyd edilib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində tarixi addımlar atıb. Heydər Əliyev irsinin, siyasi həyatının Azərbaycan xalqı tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edən natiqlər müasir Azərbaycanın inkişaf strategiyasının Ümummilli Lider tərəfindən müəyyənləşdirildiyini, Ulu Öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin gündən-günə müasirləşdiyini, modernləşdiyini bildiriblər.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən video-çarx və məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam edib.
12 dekabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşlə qəsəbəsində yerləşən mərasim zalında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
Mərasimdə Milli Məclisin deputatı Rasim Musabəyov, idarə, müəssisə, ictimai təşkilatların rəhbərləri, ağsaqqallar və rayon sakinləri iştirak ediblər.

Keçidlər