Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı “Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib

18 yanvar 2017 | 16:00
18 yanvar 2017-ci il tarixində 220 saylı məktəb-liseydə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı “Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və digər qonaqlar iştirak etmişlər.
Tədbirə gələn qonaqlar 20 Yanvar faciəsini əks etdirən rəsm əsərləri ilə tanış olmuşlar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir 220 saylı məktəb-liseyin şagirdlərinin hazırladığı “Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, 20 Yanvar faciəsinin canlı iştirakçısı 2-ci qrup əlil Gülağa Şərifzadə Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunduğunu söyləmiş, Qanlı Yanvarda  şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulduğunu və hörmətlə anıldığını diqqətə çatdırmışlar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildirmişdir. A.Qasımov bu faciəyə etiraz səsini birinci ucaldan ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə dünyada hüquqi-siyasi qiymət verilməsinə nail olduğunu və hər il 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü kimi qeyd edildiyini diqqətə çatdırmışdır. Azadlıq uğrunda canlarından keçmiş vətən övladlarının o qanlı gündə müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çatdıraraq, qazanılmış müstəqilliyimizin əbədi və dönməz olduğunu söyləmişdir.

Keçidlər