Nizami Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir
19 yanvar 2017 | 16:00
12 yanvar 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli, 17 yanvar 2016-cı il tarixində 2 nömrəli və 19 yanvar 2016-cı il tarixində 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir.
Yığıncaqlarda Nizami rayonu üzrə 2016-cı ilin sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılmış, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapdığı qeyd edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri 2016-cı ilin yekunlarına dair hesabat məruzələri ilə çıxış etmiiş, görülən işlər haqqında ətraflı məlumat vermişlər.
Eyni zamanda xidmət sahələrinin rəhbərləri görülən işlər və ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat vermişlər.
Yığıncaqlarda əhalini narahat edən məsələlərə toxunulmuş, qaldırılan problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılmış, sakinləri maraqlandıran suallar cavablandırılmışdır.