Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2 Fevral - Gənclər Günü qeyd edildi

02 fevral 2017 | 16:00
Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Akvarium” əyləncə mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirildi.
Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyduğunu,  1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradıldığını, 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndərin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildiyini və 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladığını diqqətə çatdırdı.
E.Mirzəyev bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən dünyagörüşlü yeni nəsil yetişdiyini, Azərbaycan gəncliyinin öz növbəsində Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini, onun xalqımıza bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırladıqlarını söylədi.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arıf Qasımov ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirdi.
A.Qasımov dövlət gənclər siyasətinin sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyini və Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verdiyini söylədi. Eyni zamanda, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin müstəqil Azərbaycan naminə vətənin inkişafı üçün səylə çalışmalı və öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalı olduqlarını vurğuladı.
Çıxışlardan sonra tədbir Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin çıxışları ilə davam etdirildi.
Tədbirdə həmçinin müxtəlif müsabiqələr keçirildi, məktəb şagirdlərindən ibarət Şən Hazırcavablar Klubunun səhnəcikləri təqdim edildi.
Sonda müsabiqələrin qalibləri mükafatlandırıldı.
Keçidlər