Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İslam həmrəyliyi ili” çərçivəsində tədbir keçirilmişdir

15 fevral 2017 | 16:00
15 fevral 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Kimya-biologiya təmayüllü Respublika liseyində “İslam həmrəyliyi ili” çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə”  adlı rayon tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilmişdir. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın tədbirlər planı və görüləcək işlər müəyyən olunmuşdur. B.Hüseynov həmçinin dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində də Komissiyanın 2017-ci il üçün fəaliyyət planı barədə məlumat vermiş, bu sahədə tədbirlərin intensivliyinin daha da artırılmasının zəruriliyini önə çəkmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsləhətçisi Nuru İmanov, Keşlə “Şah Abbas” məscidinin axundu Hacı Sirac Səfərov və liseyin direktoru Kamran Rəhimov çıxış etmiş, dini radikalizm və ekstremizm, onun ağır fəsadları barəsində məlumatlar vermiş, məktəblilərə dini radikalizm təsirlərindən qorunmağa dair tövsiyələrini çatdırmışlar. Çıxış edənlər yekdilliklə qeyd etmişlər ki,  dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır və bu işlər ardıcıl olaraq davam etməlidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər