Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilmişdir

16 fevral 2017 | 16:00
16 fevral 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirdi.
İlk öncə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktor müavini Tahir Salmanov bugünkü görüşün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixdə imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Elektron ticarət haqqında” Qanunların şərh edilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara bilavasitə çatdırılması məqsədilə keçirildiyini bildirdi.
T.Salmanov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması olduğunu qeyd etdi.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Xidmət və Uçot İdarəsinin direktoru Ağami Tahirov ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət etdiyini bildirdi.
Sonra A.Tahirov sahibkarlara Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və yeni qəbul olunmuş Qanunların mahiyyəti, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamə və hesabat formaları barədə geniş izahatla çıxış verdi.
Sonda müxtəlif sektorlarda çalışan kiçik və orta sahibkarların sualları cavablandırıldı.

Keçidlər