Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda əhalinin növbəti pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmışdır

17 fevral 2017 | 16:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir.
2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon sakinlərinin tibbi müayinədən keçirilməsi məqsədilə 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında, 26 №-li Şəhər poliklinikasında bütün zəruri hazırlıq işləri görülmüşdür. Eyni zamanda əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün lazımi tədbirlər həyata keçirilmişdir.
Bu istiqamətdə Rayon İcra Hakimiyyəti tərəfindən səhiyyə müəssisələrinə hərtərəfli köməkliklər göstərilir.
Ümumilikdə, rayon üzrə 18 yaşdan yuxarı 116940 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.
Keçidlər