Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İlaxır çərşənbə” qeyd edilmişdir

15 mart 2017 | 16:00
14 mart 2017-ci il tarixində B.Nuriyev küçəsi 69 ünvanında “İlaxır çərşənbə” münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bayram tonqalını alovlandıraraq tədbiri açıq elan etmiş, tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramının  müqəddəs çərşənbələrinin sonuncusu - İlaxır çərşənbəsi münasibətilə təbrik etmiş, onlara cansağlığı, uzun ömür, bol ruzi-bərəkət və işlərində uğurlar arzulamışdır.
Sonra Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa tədbir iştirakçılarını salamlayaraq, onları xalqımızın gözəl bayramı olan Novruz münasibətilə təbrik etmişlər.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov Novruz bayramının tarixindən, adət-ənənələrindən, özunəməxsusluğundan danışaraq, Azərbaycanda bu bayramın çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edildiyini, bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olduğunu söyləmişlər.
Bayram tədbirində Nizami Rayon Mədəniyyət Mərkəzinin kollektivinin, gənc müğənnilərin çıxışları, müxtəlif rəqslər və milli adət-ənənələrimizi özündə əks etdirən səhnəciklər təqdim olunmuşdur.

Keçidlər