Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Nizami rayon məktəbliləri Naxçıvana səfər etmişlər

27 mart 2017 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsində Nizami rayon məktəbliləri 23-26 mart 2017-ci il tarixində Naxçıvana  səfər etmişlər.
Məktəblilər səfər zamanı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın, Açıq Səma Altında Muzey Kompleksi və “Naxçıvan” Universitetində olmuşlar.
Ordubad rayonuna səfər zamanı tur-aksiya iştirakçıları Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyləri ilə, Culfa rayonunda Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə, Şahbuz rayonunda “Fatma-Şah” MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi ilə tanış olmuşlar. Həmçinin məktəblilər Naxçıvan Dövlət Universiteti, Dövlət Bayrağı Meydanı, Hüseyn Cavidin və Nuh peyğəmbərin məqbərəsi ilə də tanış olmuşlar.
Maarifləndirici xarakter daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında ətraflı məlumat verilmişdir.
Eyni zamanda səfər zamanı məktəblilərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilmiş, musiqili-əyləncəli gecə təşkil olunmuşdur.

 

Keçidlər