Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Zakir Cəfərovun 40 mərasimi keçirilmişdir

08 aprel 2017 | 16:00

08 aprel 2017-ci il tarixində, fevral ayının 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçusu Cəfərov Zakir Nazim oğlunun 40 mərasimi keçirilmişdir.
Mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak etmişdilər.
Mərasimdə çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə edilən böyük qələbədən danışmışlar. Natiqlər aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu, dövlətimizin qüdrətini, xalqımızın birliyini nümayiş etdirdiyini bildirmişlər. Həmçinin bu gün Ali Baş Komandanın döyüş əmrini gözləyən vətənpərvər, ölkəsinə və xalqına sadiq sağlam gəncliyin yetişdiyini xüsusi olaraq vurğulamışlar.
Mərasimdə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərərək şəhid olmuş Zakir Cəfərovun ailəsinə onun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı təqdim olunmuşdur.
Şəhid əsgər Zakir Cəfərovun anası Kəmalə Abdullayeva oğlu ilə fəxr etdiyini, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin və Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonda şəhidin ruhuna ehsan verilmiş, dualar oxunmuşdur.

Keçidlər