Nizami rayonunda əhalinin tibbi müayinəsi davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək respublika ərazində olduğu kimi, Nizami rayonunda da əhalinin pulsuz icbari tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxanalar lazımi avadanlıqlarla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Müayinənin ilk günündən qrafikə uyğun olaraq rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat kollektivləri və sakinlər 26 №-li Şəhər poliklinikası, 18 №-li Birləşmiş Şəhər Xəstəxanası və 32 №-li Birləşmiş Şəhər Xəstəxanasında rentgen, kardioloji, ultrasəs, stomatoloji, terapevtik və digər növ müayinələrdən keçirilirlər.
Qeyd edək ki, fevral ayının 15-dən bu günə kimi tibbi müayinədən 42666 nəfər keçmiş, onlardan 1771 nəfəri ambulator, 138 nəfəri isə stasionar müayinəyə göndərilmişdir.