Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İslam həmrəyliyi ili” çərçivəsində tədbir keçirilmişdir

28 aprel 2017 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə komissiyanın 2017-ci il iş və tədbirlər planına əsasən aprel ayının 28-də 214 nömrəli tam orta məktəbdə “İslam terrora yox deyir!”  mövzusunda növbəti maarifləndirici tədbir – dəyirmi masa keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, yeniyetmə-gənclərin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyllərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, onların qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması istiqamətində maarifləndirici tədbirlərin xüsusi əhəmiyyəti vardır. Lakin indiki zamanda məsələlərə yanaşma, həmçinin müxtəlif müzakirələrin aparılması yeni metodlar tələb edir. Bu baxımdan bugünkü tədbirimiz yeni formada – şagirdlərin təqdimatı vasitəsilə təşkil olunmuşdur.
214 nömrəli məktəbin şagirdləri dini radikalizm və ekstremizm, onun fəsadları, habelə islamda milli-mənəvi və əxlaqi dəyərlər haqqında apardığı araşdırmaların nəticəsi olaraq xüsusi təqdimatlarını, məlumatlarını vermiş, həmçinin onların hazırladığı video-çarx nümayiş olunmuşdur.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşları Aslan Sultanov, Fidan Aslanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və məktəbin direktoru Esmira Ağayeva çıxış etmiş, İslam dininin dostluq, barış və sülh dini olmasını tarixi faktlarla tədbir iştirakçılarına çatdırmışlar.
Çıxışlarda xüsusi olaraq vurğulanmışdır ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə  qarşı mübarizədə dini-maarifçilik işlərinin aparılması əsas silahdır və bu sahədə mütəmadi işlərin həyata keçirilməsi məqsədəmüvafiqdir.
Diskussiya şəklində keçən tədbirdə şagirdlərin sualları cavablandırılmış, bir sıra zəruri məsələlər ətrafında müzakirələr aparılmışdır.

Keçidlər