Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur

11 may 2012 | 15:00

23 aprel - 10 may tarixlərində rayonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur. Belə ki, tədris müəssisələrində ədəbi-bədii gecələr, dəyirmi masalar, unşa yazı və şeir müsabiqələri, bilik olimpiadaları, idman yarışları, Gül bayramı keçirilmiş, bu tədbirlərdə millət vəkilləri, məktəb direktorları, müəllim, şagird, valideyn kollektivləri, rayon sakinləri iştirak etmişlər.
Aprel ayının 23-də 32 №-li orta məktəbdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi, aprel ayının 24-də 220 №-li məktəb-liseydə “Mən Heydər Əliyev irsini öyrənirəm” mövzusunda bilik olimpiadası, aprel ayının 25-də 229 №-li orta məktəbdə şeir müsabiqəsi, aprel ayının 26-da 61 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə Breyn-rinq intellektual oyunu, aprel ayının 27-də 238 №-li orta məktəbdə “Şahmat” idman növü üzrə yarış, may ayının 1-də isə Q.Qarayev 126 ünvanında yerləşən stadionda məktəblilər arasında “Mini futbol” turnirinin final görüşü keçirilmişdir.
Müsabiqə və yarışların qaliblərinə rayon İcra Hakimiyyətinin hədiyyələri, Gənclər və İdman İdarəsinin Fəxri fərmanları təqdim edilmişdir.
May ayının 2-də 229 №-li məktəbdə “Heydər Əliyev və gənclik” mövzusunda konfrans keçirilmiş, may ayının 7-də rayon İcra Hakimiyyətinin inzibati binasının arxasındakı parkda millət vəkilləri və rayon ictimaiyyətinin iştirakı ilə Gül bayramı və konsert proqramı təşkil edilmişdir.
Gül bayramında 23 orta ümumtəhsil məktəbinin, 25 uşaq bağçasının kollektivlərinin hazırladıqları gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, müxtəlif əl işlərindən ibarət eksponatları nümayiş etdirilmişdir. 5 nominasiya üzrə sərgilənən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası baxış keçirmişdir.
Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil edilmiş Gül bayramı tədbirində rayonumuz layiqincə təmsil olunmuş və Bakı rayonları arasında ardıcıl olaraq üçüncü ildir ki, qalib seçilərək birinci yerə layiq görülmüş, Fəxri fərmanla təltif olunmuşdur.
May ayının 10-da C.Naxçıvanski adına Hərbi liseydə keçirilmiş “Şahin” hərbi-idman oyununun respublika mərhələsində 220 №-li məktəb-liseyin komandası parlaq qələbə qazanaraq I yerə layiq görülmüşdür.
 

Keçidlər