Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib

10 may 2017 | 16:00

İnsanları “təbiətin övladı” kimi dəyərləndirən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daima təbiətə qayğı göstərmiş, onun sərvətlərini göz bəbəyi kimi qorumağı bizlərə tövsiyə etmişdir.
Heydər Əliyev Azərbaycanın ekoloji problemlərinin həllini, unikal təbiət abidələrinin qorunub saxlanmasını daima diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşmışdır.
Bu gün də ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması və yaşıllıqların genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
10 may 2017-ci il tarixində Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib.
Nizami Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, könüllülərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu ağacəkmə kampaniyasında rayon ərazisində M.Əliyev və M.Abbasov küçələrində 400 Evonimus kolu, 200 Eldar şamı, 300 Sərv ağacı və 300 Tuya ağacı olmaqla 1200 ədəd ağac və kol əkilib, mövcud olan yaşıllıqlara aqrotexniki qulluq edilib, dibləri bellənib və ərazilərdə abadlıq işləri aparılıb.

Keçidlər