Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sahibkarlar tərəfindən məqsədyönlü işlər görülür

03 iyul 2017 | 16:00

03 iyul 2017-ci il tarixində Emerald oteldə rayon ərazisində fəaliyyət göstərən sahibkarların görüşü olub.
Görüşün məqsədi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına dəstək olaraq məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması işinə rayon sahibkarlarının öz töhfələrini vermək arzusu olub.
Görüşdə “Rahatlığın Məkanı”, “Gündüz-AS”, “REA”, “FVS-İnşaat”, “Yusifoğlu-İnşaat”, “İnteks”, “Vesta Construction”, “İnşaat Konstruksiyaları”, “AKT Co LTD”, “Karat-2016”, “Bakılı”, “H+A” MMC-lərinin, “Yeni Dövr”, “Orbita”, “XXI Əsr” MTK-larının rəhbərləri və nümayəndələri iştirak edib.
Rayon sahibkarları adından çıxış edən “Orbita” MKT-nin rəhbəri Famil Bağıyev dövlətin sahibkarlara yaratdığı şəraitə görə ilk öncə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusən də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi köməklikləri göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. F.Bağırov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları da, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıblar, öz dəstəklərini veriblər və bu təşəbbüsə Nizami rayonunda ilk olaraq “Vesta Construction” MMC 2 mənzillə qoşulduğunu söyləyib.
“İnşaat Konstruksiyaları”, “H+A”, “REA”, “Yusifoğlu-İnşaat”, “İnteks” və “Vesta Construction” MMC-lərin rəhbərləri və nümayəndələri çıxış edərək hər zaman fəaliyyətlərində dövlət dəstəyini gördüklərini və buna görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Natiqlər bundan sonra da ölkəmizin güclənməsinə, insanların daha da yaxşı şəraitdə yaşaması üçün həyata keçirilən bütün işlərdə yaxından iştirak edəcəklərini qeyd ediblər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildikdən sonra bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atıldığını, on minlərlə ailə üçün yeni qəsəbələr salındığını, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib məcburi köçkünlərin istifadəsinə verildiyini, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirildiyini vurğulayıb. Lakin bu sahədə görülən irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkünlərin böyük bir hissəsinin hələ də yaşayış üçün yararsız olan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində yaşadıqlarını və bir sıra sosial problemlərlə üzləşdiklərini nəzərə alan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü bu təşəbbüsə qoşulan və rayonda fəaliyyət göstərən sahibkarlara təşəkkürünü bildirib. Həmçinin hər bir vətəndaşımızın gücü və imkanı daxilində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işində fəal iştirak etməli olduqlarını diqqətə çatdırıb.
Görüşün sonunda “Orbita” MKT-nin rəhbəri Famil Bağıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı sahibkar və şirkət rəhbərlərinə ünvanlanan çağırışına dəstək məqsədilə ilk belə tədbirin Nərimanov rayonunda keçirildiyini qeyd edib.

Keçidlər