Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi”

12 iyun 2012 | 15:00

11 iyunda Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə “Vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, qəzet redaktorları, İnformasiya Agentliklərinin rəhbərləri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov jurnalistlərə rayon haqqında məlumat verərək, həyata keçirilən abadlıq-quruculuq işlərindən, yol infrastrukturunun inkişafından, təhsil, səhiyyə və digər sahələrdə qazanılmış uğurlardan söhbət açmış, problemli məsələlərə toxunaraq onların həlli yollarından danışmışdır.
Mövzu ətrafında geniş müzakirələr aparılmış, media nümayəndələrinin sualları cavablandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nizami rayon İcra Hakimiyyəti və KİVDF-in birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elan olunduğunu diqqətə çatdıraraq bildirmişdir ki, müsabiqənin məqsədi Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən hadisələrlə ictimaiyyəti yaxından tanış etmək və peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.
 

Keçidlər