Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində müasir memarlıq üslubunda çoxmərtəbəli yaşayış binalarının inşası işləri davam etdirilir

23 avqust 2017 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarının icrası ilə əlaqədar “Pilot Layihə” çərçivəsində Nizami rayonunda şəhərin ümumi görünüşünə xələl gətirən, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan 131 yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində müasir memarlıq üslubunda çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi ilə əlaqədar rayonun 6 məhəlləsindəki binalarda yaşayan sakinlərin müvəqqəti kirayəyə köçürülərək yeni tikilən binalarda daha geniş mənzillərlə təmin edilməsi şərtilə işlər davam etdirilir.
Məlum qərarın icrası ilə əlaqədar Nizami rayonunda “Vesta Construktion” MMC, “İNTEKS” MMC, “İnşaat Konstruksiyaları” MMC, “AKT Ko LTD” MMC, “Karat-2016” MMC, “Rahatlığın Məkanı” MMC, “Orbita” MMC tikinti şirkətlərinə 2439, 2458, 2532, 2535, 2538 və 2547-ci məhəllələrdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi ilə bağlı sərəncam verilmiş, ərazi planlaşdırma sənədləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmışdır.
Tikintisi nəzərdə tutulan binaların işçi layihələri işlənib hazırlanmış, aidiyyəti təşkilatlardan rəylər alınmış, ekspertiza edilməsi üçün layihə sənədləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisdənkənar Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilərək rəylər alınmışdır. Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə tikintilərə icazə verilmişdir.
Qeyd olunan məhəllələrdəki binalarda yaşayan sakinlərlə və eyni zamanda 2566-cı məhəllədəki E.Süleymanov küçəsi 47a ünvanında sovet dönəmindən tikintisi yarımçıq qalmış, “H+A” MMC-nin mülkiyyətində olan yaşayış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə yeni tikiləcək binada mənzillərlə təmin olunmaları barədə qarşılıqlı razılaşma əsasında notariat qaydasında müqavilələr bağlanmış, bankda hər biri üçün hesab açılmış, kirayə pulları hesablarına ödənilmiş və sakinlər kirayəyə köçürülmüşlər.
Hazırda sökülən binaların yerində hündürmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Bundan əlavə, baş plana uyğun aparılan tikintilərin hər birinin ərazisində tələbata uyğun olaraq uşaq bağçası-körpələr evinin inşası nəzərdə tutulmuşdur. 
 
        
Keçidlər