Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

30 avqust 2017 | 16:00
30 avqust 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova  mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. G.İsrafilova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və  rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər