Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Məktəb Yarmarkası 2017” adlı sərgi-yarmarka təşkil edilib

12 sentyabr 2017 | 16:00
12 sentyabr 2017-ci il tarixində Heydər Bağı Park-Bulvarda Mədəniyyət və Turizm Nazirliyi və Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublika Kitabxana Kollektoru “Login” mağazalar şəbəkəsi ilə birgə yeni dərs ilinin başlanması münasibətilə “Yenidən məktəbə” devizi altında “Məktəb Yarmarkası 2017” adlı sərgi-yarmarka təşkil edib.
Sərgi-yarmarkanın açılışında Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak ediblər.
Yarmarkanı təşkil etməkdə məqsəd yeni tədris ilinə hazırlaşan şagird və müəllimləri təhsilin effektli təşkili üçün zəruri olan keyfiyyətli tədris vəsaitləri və ləvazimatları ilə təmin etmək, məktəb bazarlığı üçün sivil şərait yaratmaqdır.
Həmçinin təşkilatçılar yarmarkada təklif olunan dərs vəsaitləri və məktəb ləvazimatlarını birbaşa dərslik çap edən nəşriyyatlardan, digər yerli və xarici istehsalçılardan alınaraq əhaliyə təqdim olunduğunu, bununla yanaşı, kitabların və digər malların üzərindəki qiymətlərdən endirimlər də ediləcəyini bildiriblər.
Qeyd edək ki, “Məktəb Yarmarkası 2017” adlı sərgi-yarmarkası 22 sentyabr tarixinədək davam edəcək və hər kəs dəvətlidir.
 
 
 
 
 
 
 
 
Keçidlər