Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar rayon toplantısı keçirilmişdi

15 iyun 2012 | 15:00

İyun ayının 14-də rayon İcra Hakimiyyətində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar rayon toplantısı keçirilmiş və ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlərdə uğur qazanmış şagirdlər və təlim-tərbiyə müəssisələrinin kollektivləri mükafatlandırılmışlar.
Tədbirdə millət vəkilləri Fəttah Heydərov və Rövnəq Abdullayev iştirak etmişlər.
Qonaqlar və tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon İcra Hakimiyyətinin foyesindəki büstü önünə tər gül dəstələri qoymuşlar.
Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq tədbir iştirakçılarını dövlətçilik tariximizin ən əlamətdar bayramlarından olan Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. T.Budaqov qeyd etdi ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun müstəqil dövlətimizin xilaskarlıq tarixidir. Bu tarix müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin inkişafında, dünya birliyinə inteqrasiyasında, nüfuzlu beynəlxalq qurumlarla əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayan, daim xalqına arxalanan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə çıxış edən millət vəkilləri və digər natiqlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra respublikamızın inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoyduğunu vurğulayaraq diqqətə çatdırmışlar ki, Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Respublikamızın sürətli inkişafı məhz Qurtuluş Günü ilə başlayıb və Heydər Əliyevin ideyaları, onun siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilmiş “Gül bayramı”nda fərqlənən təlim-tərbiyə müəssisəsi kollektivlərinə, “Şahin” hərbi-idman oyununun qaliblərinə və “Fidan-201” futbol komandası üzvlərinə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri təqdim olunmuşdur.
 

Keçidlər