Nizami rayonunda “İslam Həmrəyliyi İli” və 15 sentyabr Bilik Günü münasibətilə tədbirlər keçirilib
19 sentyabr 2017 | 16:00
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan və bu sərəncamın icrası olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 10 fevral 2017-ci il tarixli 30 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə sentyabr ayının 15-də Texnika və Texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Bakı Qida Sənayesi Kollecində müəllimlərin, şagird və tələbələrin iştirakı ilə “İslam Həmrəyliyi İli” və 15 sentyabr Bilik Günü münasibətilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov və Azərbaycan Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda məruzə ilə çıxış etmiş, tədbir iştirakçılarına geniş məlumatlar vermişdir.
Tədbirlərdə həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, həmin şöbənin müdir müavini Bəhman Hüseynov, habelə Texnika və Texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Bakı Qida Sənayesi Kollecinin rəhbərləri Qalib Həsənov və Vilayət İsmayılov da çıxış etmişlər.
* * * * *