Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yeniyetmə və gənclər arasında vətənpərvərliyin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib

23 oktyabr 2017 | 16:00
23 oktyabr 2017-ci il tarixində 242 saylı tam orta məktəbdə yeniyetmə və gənclər arasında vətənpərvərliyin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, ehtiyatda olan polkovnik-leytenant Adil Babaşov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov və Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr təşkilatının sədri, ehtiyatda olan mayor Yəhya Ağayev iştirak ediblər.
Tədbiri 242 saylı tam orta məktəbin direktoru Akif Rəsulov açaraq yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişafının aktual məsələ olduğunu, bu istiqamətdə məktəblilər arasında maarifləndirmə işlərinin aparıldığını bildirib.
Ehtiyatda olan polkovnik Adil Haqverdiyev məktəbli gənclərlə özünün keçdiyi hərbi döyüş xatirələrini bölüşüb, Azərbaycan ordusunun keçmişi və bu günü, işğal altında olan torpaqlarımız, şəhidlərimiz barədə məlumat verib. A.Haqverdiyev müstəqilliyimizin asan qazanılmadığını, bu yolda minlərlə şəhidimizin qanı töküldüyünü qeyd edərək, Azərbaycan torpağında yaşayan hər bir vətəndaşın müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalı olduğunu söyləyib. Eyni zamanda, bu gün ordu quruculuğunda aparılan işlərin, mətin oğulların vətənə sədaqət andı, şücaəti və nizam-intizamının işğal altında olan torpaqlarımızın azad olunacağı gündən xəbər verdiyini vurğulayıb.
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əsas məqsəd və vəzifələrindən birinin də məhz gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin inkişafı, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəhid və Milli Qəhrəmanların gənclər arasında tanıdılması istiqamətində işlərə diqqətin artırılması olduğunu bildirib. İ.Hüseynov vətənpərvərlik və milli şüurun təbliği və aşılanması məsələsinə xüsusilə pedaqogikada diqqət edilməsinin vacibliyindən söz açaraq, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsinin şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini və torpağını qorumaqda mənəvi təsir gücünə malik olduğunu qeyd edib.
 

 

Keçidlər