2012-ci ilin 6 aylıq göstəriciləri
23 iyul 2012 | 15:00
- Sənayedə məhsul istehsalı 198,4 milyon manatlıq olmuşdur (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox). Sənaye istehsalının 32,9%-i qeyri dövlət sektorunun payına düşür.
- Əsas kapitala 26,5 milyon manat həcmində investisiya yönəldilmişdir. Investisiyanın 21,6 milyon manatı, yəni 81,5%-i dövlət müəssisələrinin, 4,9 milyon manatı, yəni 18,5%-i qeyri dövlət müəssisələrinin payına düşür.
- İstifadə olunmuş investisiyanın 7,1 milyon manatı, yəni 26,8%-i istehsal təyinatlıdır.
- 2012-ci ilin 6 ayında tikinti sahəsində müəssisələrin öz gücləri hesabına yerinə yetirilən podrat işlərin həcmi 142,5 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,8% çoxdur.
- Nəqliyyat sektorunda göstərilən xidmətlərin həcmi 44,7% artaraq 27,5 milyon manat təşkil etmişdir.
- Rabitə müəssisələrində xidmətin həcmi 33,5 milyon manat, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,6% çox olmuşdur.
- Pərakəndə əmtəə dövriyyəsi 87,8% artaraq 700,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 107,3 milyon manat olmuşdur.
- İşçilərin orta aylıq əmək haqqı 392,6 manata çatmışdır.
- Yanvar-iyun aylarında 598 yeni iş yeri açılmışdır.