Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Babək prospekti 2269-cu məhəllədə tikilmiş yeraltı piyada keçidinin açılış mərasimində iştirak etmişdir.

15 sentyabr 2012 | 15:00

14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Keşlə qəsəbəsi, Babək prospekti 2269-cu məhəllədə tikilmiş yeraltı piyada keçidinin açılış mərasimində iştirak etmişdir.
Dövlət başçısı keçidin texniki göstəricilərini əks etdirən stendə baxdı.
Bildirildi ki, Keşlə qəsəbəsində yeraltı piyada keçidinin inşasına ötən il başlanılmışdır. Ərazidə sakinlərin rahat gediş-gəlişini və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır.
Diqqətə çatdırıldı ki, müasir tələblər səviyyəsində yaradılan keçidin uzunluğu 64, eni 8, hündürlüyü 3,2 metr olmaqla, ümumi sahəsi 700 kvadratmetrdir. Keçiddə müasir işıqlandırma sistemi, hər iki girişdə təhlükəsizlik kameraları quraşdırılmışdır.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.

Keçidlər