Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının təmin olunması hamının borcudur” mövzusunda tədbir keçirilib

15 noyabr 2017 | 16:00
15 noyabr 2017-ci il tarixində Nizami rayonunun 251 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının təmin olunması hamının borcudur” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, baş məsləhətçisi İsa Hüseynov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova iştirak ediblər.
İlk öncə “Uşaqların himni” musiqisinin sədaları altında məktəblilər səhnəyə çıxaraq qonaqları salamlayıblar.
Məktəbin 3 və 4-cü sinif şagirdləri tərəfindən hazırlanmış bədii hissə istedadlı uşaqların çıxışları ilə davam etdirilib. Şagirdlər qonaqlara Uşaq Hüquqları Konvensiyası, uşaqların yaşamaq, təhsil, inkişaf, müdafiə, tibbi yardım və s. hüquqları haqqında fikirlərini maraqlı səhnəciklərlə nümayiş etdiriblər.
Sonda Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Nizami rayonunda ənənəvi olaraq  hər il 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, eyni zamanda uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi sahəsində görülən işlərin intensivliyinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova da çıxışında rəhbərlik etdiyi ictimai birliyin bu sahəyə daha çox diqqət yetirdiyini vurğulayaraq gələcəkdə həyata keçiriləcək yeni layihələr barədə məlumat verib.

 

 

Keçidlər