Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Nizami rayon məktəblilərinin Lənkəran-Masallı-Astara bölgəsinə səfəri sona çatıb

19 noyabr 2017 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsində Nizami rayon məktəbliləri 16-19 noyabr 2017-ci il tarixində Lənkəran-Masallı-Astara bölgəsinə  səfər ediblər.
Məktəblilər səfər zamanı Lənkəran rayonunda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Xanın evi, Gənclər Mərkəzi, Qoşa Qala, Xanbulançay dəryaçası, Çay plantasiyası, Hirkan Dövlət qoruğu ilə tanış olublar.
Masallı rayonuna səfər zamanı məktəblilər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası, Tarix Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Mərkəzi, “Asan-xidmət” Kompleksi, Bayraq Meydanı ilə tanış olublar.
Astara rayonuna səfər edən məktəblilər Heydər Əliyev Mərkəzi, Dənizkənarı Bulvar Kompleksi və “Astaraçay” fabriki ilə tanış olublar.
Xatirə olaraq Heydər Əliyev Mərkəzlərinə Nizami Rayon İcra Hakimiyyətinin hədiyyələrii təqdim edilib.
Maarifləndirici xarakter daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, səfər zamanı məktəblilərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.

 

Keçidlər