Nizami rayonunda 17 noyabr – Milli Dirçəliş Günü qeyd edilib
17 noyabr 2017 | 16:00
17 noyabr 2017-ci il tarixində Nizami rayonundakı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Milli Dirçəliş Günü münıasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yəhya Ağayev iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib. Milli Dirçəliş Günü ilə bağlı videoçarx nümayiş olunub, ümummilli lider Heydər Əliyevin tarixi çıxışı dinlənilib.
Mərkəzin direktoru Qalib Həsənov tədbirdə iştirak edən qonaqları salamlayaraq Azərbaycan Respublikasının tarixində dərin iz qoymuş Milli Dirçəliş Günü, ümummilli lider Heydər Əliyevin bu sahədə fəaliyyəti və Azərbaycan xalqının mübarizliyi haqqında tarixi həqiqətlərdən söhbət açıb.
Tədbirdə mərkəzdə təhsil alan istedadlı gənclər musiqi, şeir və rəqs nömrələri ilə çıxış ediblər. Tədbirdə həmçinin, 4 mərhələdən ibarət müsabiqə keçirilib və Azərbaycanın tarixi, ədəbiyyatı, dahi şəxsiyyətləri və bədii filmləri haqqında verilən suallar əsasında qaliblər müəyyənləşdirilib.
Daha sonra, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan şagirdlərə faydalı məsləhətlər verərək, seçdikləri peşə ixtisaslarına daha dərindən yiyələnmələrini tövsiyə edib.
Sonda Rayon Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov Təhsil Mərkəzinin kollektivini, mərkəzdə təhsil alan şagirdləri Milli Dirçəliş Günü münasibətilə təbrik edərək, 29 il bundan əvvəl, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının müstəqil Azərbaycanın təməlini qoyduğunu və Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğunu qeyd edib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan, ölkəmizdə gedən inkişaf prosesindən danışıb.