Nizami rayonunun 175 saylı “Şənlik” Körpələr-evi uşaq bağçasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib
25 noyabr 2017 | 16:00
25 noyabr 2017-ci il tarixində Nizami rayonunun 175 saylı “Şənlik” Körpələr-evi uşaq bağçasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva və digər qonaqlar iştirak ediblər.
Bağçanın müdiri Zemfira Əsədova qonaqları salamlayıb, müəssisənin 30 illik fəaliyyəti ilə bağlı məlumat verib. 30 il əvvəl hər şeyin necə başlandığını xatırladan sənədli film təqdim edilib.
“Şənlik” uşaq bağçasının istedadlı balacalarından ibarət şən və hazırcavablar qrupu öz şirin ləhcələri ilə müxtəlif səhnəciklər nümayiş etdiriblər.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri Zemfira Əsədovanın Fəxri Fərman, kollektivin bir qrup üzvünün isə Təşəkkürnamə ilə təltif olunduğunu bildirib və onları təbrik edib.
“Şənlik” uşaq bağçasının məzunlarından – Q.Almaszadə adına Klassik və Milli rəqs üzrə 1-ci Beynəlxalq müsabiqənin laureatı Kamran Həsənov, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, Habil Əliyev adına gənc kamança ifaçılarının 1-ci Respublika müsabiqəsinin laureatı Fatimə Hacızadə və Bakı Musiqi Akademiyasının məzunu, 2017-ci ildə Bakı caz müsabiqəsinin laureatı Tural Qasımlının ifaları alqışlarla qarşılanıb.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Fəxri Fərman və hədiyyə təqdim edərək, bağça kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 175 saylı Körpələr evi-uşaq bağçasının kollektivini yubiley münasibətilə təbrik edərək, müəssisənin müdiri Zemfira Əsədovanı Fəxri Fərman, kollektivin bir qrup işçisini isə Təşəkkürnamə ilə təltif edib.
Tədbirdən foto görüntülər: /gallery/19.html