Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində Nizami rayonundan 8 layihə təqdim olunub

30 noyabr 2017 | 16:00
28-30 noyabr 2017-ci il tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, dövlət qurumlarının nümayəndələri, nüfuzlu yerli və xarici investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri sərgidə iştirak ediblər.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.
Sərgidə yerli şirkətlər və dövlət qurumları tərəfindən bir sıra tikinti layihələri, o cümlədən Nizami rayonunda “Vesta Construction” MMC, “İNTEKS” MMC, “İnşaat konsturksiyaları”, “AKT KO LTD” MMC, “Karat-2016” MMC, “Orbita” MTK, “Rahatlığın Məkanı” MMC, “FVS İnşaat” MMC və “Yeni Dövr” MTK tərəfindən inşa olunan yeni komplekslərin layihələri təqdim olunub.
Nizami rayonu tərəfindən təqdim olunan layihələrə baxış zamanı Rayon İcra Hakimiyyəti yanında Layihə-Smeta Bürosunun dizayner-memarı Kamran Xanlarov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Milli Məclisin deputatları Hadı Rəcəbliyə, Vahid Əhmədova və digər qonaqlara məlumat verərək bildirib ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarının icrası ilə əlaqədar “Pilot Layihə” çərçivəsində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncama müvafiq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış ərazi planlaşdırma sənədlərinə uyğun olaraq ”Vesta Construktion” MMC, “İNTEKS” MMC, “İnşaat Konstruksiyaları” MMC, “AKT Ko LTD” MMC, “Karat-2016” MMC, “Rahatlığın Məkanı” MMC, “Orbita” MMC tikinti şirkətləri tərəfindən rayon ərazisindəki 2439, 2458, 2532, 2535, 2538 və 2547-ci məhəllələrdə yaşayış və qeyri-yaşayış binalarının tikintisi aparılır.
Eyni zamanda, K.Xanlarov diqqətə çatdırmışdır ki, hazırda qeyd olunan tikinti şirkətləri tərəfindən sökülən, ümumilikdə yaşayış sahəsi 11477 kv.m olan 374 mənzilli evlərin yerində yaşayış sahəsi 147595 kv.m olmaqla 1758 mənzilli yeni hündürmərtəbəli binalar inşa edilir.
Bundan əlavə, yeni tikilən yaşayış komplekslərində ümumilikdə yerlərin sayı 750 olmaqla uşaq bağçası və körpələr evinin istifadəyə verilməsi də nəzərdə tutulmuşdur.
Sərgi zamanı, həmçinin, şirkətlər tərəfindən potensial alıcılar üçün seçim imkanları yaradılıb və sərfəli təkliflər edilib.

 
Keçidlər