Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar toplantı keçirilib

08 dekabr 2017 | 16:00
08 dekabr 2017-ci il tarixdə Y.Kovalyov adına 229 saylı tam orta məktəbdə Nizami rayon Gənclər və İdman İdarəsi və 229 saylı tam orta məktəbin rəhbərliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar toplantı keçirilib. 
Öncə tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantını 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova açaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq şəxsiyyətləri ilə bir sırada duran, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin vəfatının on dördüncü ildönümü Vətənimizin hər bir guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə anılır. 
Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev oldu. 
Hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarı və barometridir. Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi gənclər siyasətinin düzgün qurulmasından, gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən bilavasitə asılıdır.
229 saylı tam orta məktəbin tarix müəllimi İlqar Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanmış, özünün kadr potensialını yaratmış, maddi-texniki bazasını möhkəmləndirmişdir. Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir elm adamı idi. Onun müdrik siyasətinin uzaqgörənliyi və dərinliyi məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı.
Toplantının sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-slayd nümayiş etdirilib.

Keçidlər