Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı “Qanlı Yanvar – xalqımızın milli əzmkarlıq salnaməsi” mövzusunda ümumrayon tədbiri keçirilib

19 yanvar 2018 | 16:00
19 yanvar 2018-ci il tarixində 10 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı “Qanlı Yanvar – xalqımızın milli əzmkarlıq salnaməsi” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir 10 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Qanlı Yanvar – xalqımızın milli əzmkarlıq salnaməsi” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva 20 Yanvarın Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu söyləyərək, bu tarixin təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu diqqətə çatdırıb. Qanlı Yanvardan artıq 28 il ötməsinə baxmayaraq, keçən illər ərzində Azərbaycan xalqının öz şəhidlərini unutmadığını, igid övladlarının fədakarlığını məhəbbətlə xatırladığını və onların əziz xatirəsini böyük ehtiramla yad etdiyini vurğulayıb.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əli silahsız dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinin, tökülmüş nahaq qanların Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini vurğulayıb. Bu faciəyə etiraz səsini birinci ucaldan ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə dünyada hüquqi-siyasi qiymət verilməsinə nail olduğunu və hər il 20 Yanvar tarixinin ümumxalq hüzn günü kimi qeyd edildiyini diqqətə çatdırıb. G.İsrafilova azadlıq uğrunda canlarından keçmiş Vətən övladlarının o qanlı gündə müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çatdıraraq, qazanılmış müstəqilliyimizin əbədi və dönməz olduğunu söyləyib. Bu gün Azərbaycan xalqının azadlıq uğrunda canlarını qurban edən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsinin çox böyük hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini söyləyib.

 

 

 

Keçidlər