Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

18 yanvar 2018 | 16:00
18 yanvar 2018-ci il tarixində 229 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq, sosial-iqtisadi sahədə aparılan islahatlar nəticəsində 2017-ci ildə böyük uğurlara nail olunduğunu, əldə edilmiş nəticələrin ölkəmizin ümumi inkişafına böyük töhfə verdiyini bildirib. Natiq dünyada baş verən kataklizmlərə baxmayaraq, bu hadisələr fonunda Azərbaycanın sabitlik adasına çevrilməsini qeyd edərək, bütün qazanılan nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin, dərin zəkasının hesabına mümkün olduğunu, Azərbaycan xalqının 2017-ci ildə də sabitlik, təhlükəsizlik şəraitində yaşadığını vurğulayıb. Ötən ilin  “İslam Həmrəyliyi ili” olması ilə əlaqədar ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışaraq 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd edib.
Daha sonra, Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazi vahidliyində 2017-ci ildə görülən işlər haqqında məruzə üçün söz 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Quliyevə verilib.
N.Quliyev nümayəndəliyin 2,44 kv.km sahədə 45.833 nəfər rayon sakininə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamədə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində xidmət göstərdiyini qeyd edib. Sahə inzibati ərazi dairəsi üzrə sakinlər barəsində toplanan məlumatlar əsasında yaradılan ümumi bazanın daha da təkmilləşdirildiyini, vətəndaşlar barəsində hər bir dəyişikliyin bazaya yerləşdirildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların tibbi müayinədən keçirilməsi haqqında tapşırığının icrasını təmin etmək məqsədilə ötən ilin fevral ayının 15-dən may ayının 15-dək müvafiq ərazidə yaşayan vətəndaşların pulsuz tibbi müayinəsinin həyata keçirildiyini bildirib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən sahə inzibati ərazi dairəsi vahidliyində yerləşən 62 nömrəli məktəb-liseyin əsaslı təmir edildiyini, 05 sentyabr 2017-ci ildə Prezident cənab İlham Əliyevin şəxsən məktəb-liseydə yaradılmış şəraitlə tanış olduğunu diqqətə çatdırıb.
“Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemi İstismar Sahəsi tərəfindən ərazidə yerləşən Şərifli, Naxçıvanski, E.Süleymanov, R.Rüstəmov küçələrində yerləşən binalarda,  229 saylı tam orta məktəbdə istilik xəttinin təmir edildiyini, Q.Qarayev, Naxçıvanski ünvanlarındakı binalarda və 210 saylı tam orta məktəbə gedən məhəllədaxili istilik xəttinin budaqlanmasında müxtəlif sayda siyirtmənin təftiş və təmir edildiyini qeyd edib. Qaz təsərrüfatı tərəfindən ərazidə mexaniki qaz sayğaclarının “Smart-kart” tipli sayğaclarla əvəz edildiyini və məhəllədaxili qaz xətlərinin pilləkən qəfəsinə çıxarıldığınl diqqətə çatdırıb. İnzibati ərazi dairəsi vahidliyində yerləşən çoxmənzilli binaların dam örtüklərinin, müxtəlif ünvanlardakı binaların giriş qapılarının təmir edildiyini, ümumi istifadə yerlərinin şüşələnməsinin həyata keçirildiyini, giriş qəfəslərində pəncərələrin şüşələndiyini, tüstü bacalarının təmizləndiyini və yararsız vəziyyətdə olanların bərpa edildiyini, su boruları və su navalçalarının təmir edildiyini, yeni oturacaqların quraşdırıldığını, binaların fasadlarının rəngləndiyini, məişət tullantıları üçün qoyulmuş konteynerlərin təmir olunduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb. Mütəmadi olaraq ərazinin süpürülərək təmizləndiyini, məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinin günün tələbləri səviyyəsində təşkil olunduğunu, müxtəlif ünvanlarda qəzalı vəziyyətdə olan eyvanların bərpasının, təhlükə mənbəyi olan quru ağacların kəsilib götürülməsinin həyata keçirildiyini bildirib. Yaşıllığın qorunub saxlanması məqsədilə ərazidə olan qazonlara qulluq göstərildiyini, ağacların dibinin boşaldılaraq ağardıldığını, 2 nömrəli Sahə inzibati ərazi dairəsinin ərazi vahidliyində yerləşən ünvanlardakı binaların həyətlərinin abadlaşdırıldığını, sakinlərin istirahəti üçün lazımi şəraitin yaradıdığını diqqətə çatdırıb.
229 saylı tam orta məktəbin direktoru  Fəridə Bağırova çıxış edərək, 2017-ci ildə Nizami rayon ərazisində yerləşən məktəblərin əsaslı təmir edildiyinə görə hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirib. Təhsilə göstərilən qayğının nəticəsi olaraq, 229 saylı tam orta məktəbin  ötən il 90 şagirdindən 58 nəfərinin ali məktəblərə yüksək ballarla daxil olduğunu diqqətə çatdırıb.
Daha sonra, çıxış edən “Azərsu” ASC-nin Nizami rayon Sukanal idarəsinin mühəndisi Əhməd Daşdəmirov 2017-ci il ərzində Nizami rayon ərazisində su, kanalizasiya sistemində mövcud problemlərin həlli və əhalinin 24 saat keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlərin görüldüyünü, lakin bəzi problemlərin hələ də mövcud olduğunu bildirərək, cari ildə problemlərin tam aradan qaldırılacağını söyləyib.
Yığıncaqda çıxış edən rayon sakinləri Novruz Süleymanov, Arzu Alışqızı, Gülənbər Quliyeva onları narahat edən problemləri diqqətə çatdıraraq, aradan qaldırılmasıni xahiş ediblər və eyni zamanda son zamanlar görülən işlərin rayon ərazisində yaşayan sakinlərin razılığına səbəb olduğunu söyləyərək, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firidun Cabbarov çıxışında 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşıya qoyulan bütün tapşırıqları öz səlahiyyətləri daxilində icra etdiyini, sakinlərin müraciətlərinə vaxtında və həssaslıqla yanaşdığını qeyd edib. Firidun Cabbarov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin kafi hesab olunduğunu bildirib.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara göstəriş və tapşırıqlarını verib.

Keçidlər