Nizami rayonunda “Stolüstü tennis” növü üzrə rayon turniri keçirilib
02 mart 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 238 saylı tam orta məktəbdə rayon ümumtəhsil məktəbləri arasında 5 mart – Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş “Stolüstü tennis” növü üzrə rayon turniri keçirilib.
Yarışda ümumilikdə 8 komanda olmaqla 16 oğlan və 8 qız idmançı mübarizə aparıb.
Yarışın nəticələrinə əsasən 238 saylı tam orta məktəbin komandası I, 145 saylı tam orta məktəbin komandası II və 227 saylı tam orta məktəbin komandası III yeri tutublar.
Sonda turnirdə ilk üç yeri tutmuş komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.