Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti səyyar qəbul keçirilib

05 mart 2018 | 16:00
05 mart 2018-ci il tarixində Ə.Vəliyev küçəsi 7, 7a, 9 və 9a  ünvanlarda yaşayan sakinlərin Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən növbəti səyyar qəbulu keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinlər məhəllənin işıqlandırılması, binaların dam örtüklərinin və girişlərinin təmir olunması, həyətdəki su kranlarının bərpası və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Vətəndaşlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.
Görüşdə sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər