Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

05 mart 2018 | 16:00
5  mart 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Xudafərin" şadlıq sarayında tədbir keçirib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, polkovnik Əliş Əliyev, Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yəhya Ağayev, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova iştirak ediblər.
İlk öncə, Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yəhya Ağayev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasında əməyi olan veteran  qadınlarımızı təbrik edib.
Daha sonra, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova veteran qadınlarımızın müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirakçısı olduqlarını qeyd edərək onlara möhkəm cansağlığı arzulayıblar.
Bədii hissədə əmək veteranı Bəsti İsayeva və şairə-publisist Tahirə Məmmədova həmkarlarını musiqi və şeirlərlə təbrik ediblər.
Sonda Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov Azərbaycan qadınının müdrikliyi, işgüzarlığı və saflığı ilə tariximizə parlaq səhifələr yazdığını vurğulayaraq,  ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyəsinə töhfə verən Veteran qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Keçidlər