Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ilk dəfə səs verəcək rayon gənclərinin toplantısı keçirilib

06 mart 2018 | 16:00
06 mart 2018-ci il tarixində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün 2018-ci il 11 aprel seçkiləri ilə bağlı ilk dəfə səs verəcək Nizami rayon gənclərinin toplantısı keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Kənan Firdovsi oğlu, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavinləri İldırım Mehdiyev və Gülnaz İsrafilova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və idarənin əməkdaşları, Rayon Dairə Seçki Komissiyalarının sədrləri və ilk dəfə səs verəcək gənclər iştirak ediblər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev rayon gənclərini salamlayaraq, seçkinin əhəmiyyətindən danışaraq, keçiriləcək 11 aprel Prezident seçkiləri barədə görüş iştirakçılarına məlumat verib. Daha sonra, Prezident Administrasiyasının məsul işçisi Kənan Firdovsi oğlu gəncləri seçkilərdə fəal olmağa çağırıb. Natiq son referendumun ölkə qanunvericiliyində mühüm əhəmiyyətindən danışıb və hər bir gəncin səsinin mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında qeyd edib ki, Nizami rayonu Bakı şəhərinin ən fəal seçici aktivliyi ilə seçilən rayonlarından biridir. O, rayon gənclərinə hamılıqla seçki hüququndan istifadə etməyi tövsiyə edib. Sonra 24 saylı Nizami I Seçki Dairəsinin sədri Niyazi Nəcəfov Azərbaycanda Prezident seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün lazımi təşkilati işlərin görüldüyü barədə seçicilərə məlumat verib.
Çıxışlardan sonra ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər