Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib

15 mart 2018 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Növbəti səyyar qəbul-görüş 15 mart 2018-ci il tarixində Babək prospekti 67, 69, 71 və Bəhruz Nuriyev küçəsi 2, 4 saylı ünvanlarda yaşayan sakinlərlə keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafından, aparılan abadlıq-quruculuq, yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlərdən danışıb.
Sakinlər məhəllədaxili yolların asfaltlanması, kanalizasiya quyularının bərpa edilməsi, məhəllələrdə qurumuş ağacların kəsilməsi, binaların girişlərinin, zirzəmilərin qapılarının bərpa olunması və digər  təkliflərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər