Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda əhalinin tibbi müayinəsi davam edir

16 mart 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilin fevral ayının 10-dan may ayının 1-dək respublika ərazində olduğu kimi, Nizami rayonunda da əhalinin pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxanalar lazımi avadanlıqlarla  təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Müayinənin ilk günündən qrafikə uyğun olaraq rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat kollektivləri və sakinlər 26 №-li Şəhər poliklinikası, 18 №-li Birləşmiş Şəhər Xəstəxanası və 32 №-li Birləşmiş Şəhər Xəstəxanasında rentgen, kardioloji, ultrasəs, stomatoloji, terapevtik və digər növ müayinələrdən keçirilirlər.
Qeyd edək ki, fevral ayının 10-dan bu günə kimi 2 yaşayış məntəqəsi üzrə tibbi müayinədən 33573 nəfər keçib, onlardan 1313 nəfər ambulator, 87 nəfər stasionar müayinəyə, 54 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 17 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Tərtib olunmuş qrafik əsasında idarə və təşkilatların kollektivləri də müayinəyə cəlb olunublar. Artıq 211 təşkilat və kollektiv tibbi müayinədən keçib, aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib.

 

 

 

 

Keçidlər